Qarabağ qazisinin vəziyyəti pisləşib

Qarabag qazisi

 

Qarabağ veteranı, çoxunun Tutu xanım kimi tanıdığı Rüxsarə Cumayevanın vəziyyəti pisləşib.    Bu haqda veteranın qızı Rəqsanə xanım “Axar.az”a məlumat verib. Səhhəti kəskin pisləşən Rüxsarə xanım N.Tusi adına xəstəxanaya çatdırılıb. Həkimlərin yoxlamasından sonra məlum olub ki, Qarabağ qazisi təcili əməliyyat olunmalıdır. İndi evə gətirilən qazi ev şəraitində əməliyyat olunacağı günü gözləyir.    Qeyd edək ki, Qarabağ qazisi sol bud sümüyündən iki dəfə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində uğursuz əməliyyat keçirib və hələ də yeriyə bilmir