“Qarabağ” zəfəri qeyd edildi

Futbol-1

Ağdamın “Qarabağ” futbol klubun zəfəri paytaxtda coşqu ilə qarşılanıb.

XALQ.AZ-ın məlumatına görə, “Qarabağ” bu gün “Tvente” ilə səfərdə 1-1 hesablı heç-heçə edərək Avropa Liqasının qrup mərhələsinə çıxıb.

Bu möhtəşəm zəfəri gecə yarısı Bakıda “Qarabağ” azarkeşləri və paytaxt sakinləri qeyd edib.

Onlar maşınlarına bayraqlar asaraq, komandalarının loqolarını başları üstünə qaldırıblar.