“Qarabağ”ın bütün potensial rəqibləri müəyyənləşdi – Çempionlar Liqası

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün qalibi “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bütün potensial rəqibləri müəyyənləşib.

Xalq.az xəbər verir ki, səpələnmişlər sırasında yer alacaq Ağdam təmsilçisinin  mümkün rəqibləri  “səpələnməmiş” komandalardan biri olacaq (Ermənistan klubu istisna olmaqla).

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində bütün potensial rəqibləri: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), “Kİ Klaksvik” (Farer adaları), “Lex” (Polşa), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Tirana” (Albaniya), “Balikani” (Kosovo), eləcə də “Levadiya” (Estoniya), “İnter” (Andorra), “Vikinqur” (İslandiya) və  San Marino çempionunun iştirak edəcəyi ilk mərhələnin qalibi

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkatması 14 iyunda, 1-ci raundun oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.