“Qarabağ”ın rəqibindən 5 qolluq qələbə

Qarabag

Ukrayna Premyer Liqasında VII turun oyunları keçirilib.

XALQ.AZ-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Dnepr” Donetsk “Olimpik”ini qəbul edib.

Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Dnepr”in heyətində Nikola Kaliniç dubl edib, Yevgeni Seleznyov, Bruno Qama və Duqlas hərəyə bir qol vurub.

Qeyd edək ki, “Dnepr” 7 turda 19 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. “Qarabağ”ın rəqibi hələ məğlubiyyət acısı yaşamayıb.