Qardaşlar məktəbdən oğurluq etdilər

Qardas

Şəmkir rayonunda orta məktəbdə oğurluq olub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Belə ki, Şəmkir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Babayev və qardaşı Zamin tutulub.

Qardaşlar Zəyəm Cırdaxan kənd Orta Məktəbinin kompüter otağından 4 kompüter dəsti oğurlanmaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırma aparılır.