Qazaxıstanlı jurnalistlər BDU-da

BDU

Azərbaycan-Qazaxıstan əlaqələri, ümumilikdə respublikamız haqqında yazılı və video material hazırlayan qazaxıstanlı jurnalistlər Bakı Dövlət Universitetində

XALQ.AZ-ın məlumatına görə, bu haqda informasiyanı Bakı Dövlət Universiteti yayıb.

Xəbərdə deyilir ki, qazaxıstanlı jurnalistlər BDU-nun fəaliyyəti və təhsil müəssisəsinin nəzdindəki Abay Kunanbayev adına Qazax Dili, Tarixi və Mədəniyyəti Mərkəzi ilə tanış olublar.

Qonaqlar Azərbaycan və Qazaxıstan xalqları arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək məqsədilə yaradılan mərkəz haqqında geniş məlumatlar əldə ediblər.