Bu barədə özü sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, binada çatışmayan işlər qalıb, amma işlək vəziyyətə salınıb: “Gözəl, Rahat məkana çevirdik. Buranı QHT evi də saya bilərsiniz!”
Hazırda o cür ofisin nə qədər maliyyəyə başa gəldiyini təxmin edə bilərsiniz, amma M.Əsgərqızı dövlətlə 1500 manatın davasını aparır. Pensiya, müavinət deyil ki, bu? Dövlət dəstəyidir! Onlar indiyədək hansı işləri görüblərsə, dövlət dəstək verib. Hərçənd bəzi QHT-lərin “adı var, özü yox”dur. Axı bunu özləri bilirlər, yaxşı bilirlər ki, dövlətə faydaları hansı səviyyədədir! Elə M.Əsgərqızına məxsus təşkilatlara – “Əsgər Ailələrinə Dəstək”, Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliklərinə 2019-cu ildən 2023-cü ilədək toplam 67 100 manat qrant ayrılıb.
Dəstək verəndə tərifləmək, maliyyəni kəsəndə tənqid etmək, hətta aksiya keçirmək? Dəstək olmasaydı, sarayları xatırladan ofisləriniz də olmazdı. Ədalətli olmaq lazımdır.
QHT Agentliyi ümumilikdə görülən işlərə, təqdim edilən layihələrə uyğun qiymət verir. Nəticələrin obyektiv olması ilə bağlı kifayət qədər şərhlər var.