Qiymət bahalaşdıqca gələcəkdə süni ət istifadə olunacaq?

Asiyanın ən böyük ət istehlakçısı  ölkələrindən biri olan Çin, əhalisini qidalandırmaq və idxaldan asılılığı azaltmaq üçün davamlı heyvan zülalı mənbələri tapmağı hədəfləyir.

XALQ.AZ  xəbər verir ki,  Çin startapı CellX , hökumətin 1,4 milyard əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək təşəbbüsləri fonunda bu həftə Şanxayda ölkənin ilk suni  ət fabrikini qurdu.

Müəssisədə ildə “birrəqəmli ton” mədəni ət istehsal etmək qabiliyyətinə malik 2000 litrlik bioreaktor var.

Məlumata  görə, pilot zavod CellX-in istehsal dəyərini hər funt üçün 100 dollardan aşağı səviyyəyə çatdırmağa kömək edəcək və onu yüksək keyfiyyətli ətlərə qarşı rəqabətədavamlı edəcək.

Son hesabata görə, Çində ət istehlakı 1970-ci illərdən bəri əhəmiyyətli dərəcədə artıb və növbəti onillikdə daha da arta bilər.

Süni ət birbaşa heyvan hüceyrələrinin böyüməsi ilə istehsal olunur, bu da heyvanların qida üçün yetişdirilməsi ehtiyacını aradan qaldırır.

Qeyd edək ki, Sinqapur 2020-ci ilin dekabrında mədəni ətin satışına icazə verən ilk ölkə oldu.