Qızıl-zinət oğruları tutuldu

Qizil

Salyan polisi fərdi yaşayış evindən 4 min manata yaxın dəyərində qızıl-zinət əşyalarını oğurlayan bir qrup şəxsi yaxalayıb.

XALQ.AZ-ın məlumatına görə, saxlanılan şəxslər banklara kredit borcları olduğundan cinayətə əl atdıqlarını etiraf ediblər.

Salyanın Kürqaraqaşlı kənd sakini Taleh Cəlal oğlu Eyvazovun fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə şikayət ərizəsi daxil olub.

Daxil olmuş şikayət əsasında polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Polis şöbəsinə gətirilən rayon sakinləri Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid Gülməmmədov oğurladıqları qızıl-zinət sataraq kredit borclarını ödəmək üçün cinayətə əl atdıqlarını etiraf ediblər.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.