Taleh Heydərov təqdimat etdi (FOTO)

T-11

“İkinci kitab rusca nəşr olunub və rusca nadir olan Qarabağ haqda kitablardan biridir”

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun təşəbbüsü ilə Bakıda “Карабах. История в контексте конфликта” (“Qarabağ konflikti kontekstində tarix”) və “Khojaly witness of a war crime -armenia in the dock” (Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttehim kürsüsündə) kitablarının təqdimat mərasimi olub.

ANS PRESS-in məlumatına görə, tədbirdə Böyük Britaniyadan gələn deputatlar, Almaniya Bundestaqından qonaqlar iştirak edib. Tədbirdə T. Heydərov bildirib ki, Azərbaycanın son bir neçə ildə əldə etdiyi inkişaf regionda və dünyada nüfuzunu daha da artırıb:

“Lakin Azərbaycanın hələ də davam edən Qarabağ problemi, Ermənistanla konflikt bu inkişafa mane olmağa çalışır. “Biz cəmiyyət, QHT olaraq Azərbaycanın bu ağrılı problemə ən azı akademik cəhətdən töhfə verməyə çalışmışıq. Yeni formalaşan Azərbaycan lobbisi, diasporası, Azərbaycan hökumətinin səyləri nəticəsində ölkəmizin mövqeyini əks etdirən kitabların nəşinə nail olmuşuq. Birinci kitab ingiliscə nəşr olunub. Xocalı haqda xarici mediada yazılan matetialların toplusudur. İkinci kitab rusca nəşr olunub və rusca nadir olan Qarabağ haqda kitablardan biridir. Ümid edirik bu kitabların çapı akademik sahədə Qarabağla bağlı Azərbaycanın mövqeyini gücləndirəcək”.

T-22

T-11