Qobustan Mərkəzi Xəstəxanasında özbaşınalıq

Qobustan

Qobustan rayonunda yaşayan bir qurup vətəndaş tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Vətəndaşların şikayətini nəzərə alıb məktubu oxucularımızın ixtiyarına veririk:

Yazıb sizə bildirirəm ki, Azərbaycan Respublikası, Qobustan r-nu,Qobustan şəhərində yerləşən Qobustan Mərkəzi Xəstəxanasında baş həkim Rəcəbov Elşən Hümmətalı oğlu bütün qanuna zidd olan hər bir əməlləri ile hamını bezdirib.

03.09.2014 tarixinə qədər Elşən Rəcəbov Xəstəxanadan çoxlu miqdarda pul mənimsəyib. Həmin tarixdən etibarən isə, təmizləmə işləri aparılır Elşən tərəfindən 100 – 140 arası əmək haqqı kartlarından hər ay çoxlu miqdarda pul çıxardıb. Hansıki həmin əmək haqqı kartlarının sahiblərinin heç vaxt xəbəri olmayıb ki, onların xəstəxanada adı işçi kimi gedir və əmək haqqı kartları var.

50 – yə yaxın işçi isə Elşənlə əlbir olub əmək haqqı kartlarından pul çıxardıb, müəyyən bir hissəsini Elşən həkimə verib. Hansıki həmin o 50 yə yaxın işçi heç bir vaxt xəstəxanaya işləmək üçün gəlməyib, sadəcə adları işçi kimi gedib. Maraqlısı isə budur ki, hətta hal – hazırda Azərbaycanda yaşamayan vətandaşlarında adı xəstəxanada işçi kimi gedir. Hansıki, həmin insanlar xaricde yaşayır.

Bu nə qədər qanuna uyğundur ? Elşən həkim demək olar bütün işçilərlə kobud rəftar edir, təhqir edir, söyüşlə danışır. Bu nə qədər qanuna uyğundur ? Hər gün demək olar Xəstəxanaya Stasionar xəstə adı altında çoxlu sayda xəstə qeydiyyata alaraq,palataların demək olar ki, dolu olduğunu bildirir. Bu minvalla Dövlət büdcəsindən xəstəxana üçün ərzaq və yataq dəsti pulunu mənimsəyir. Rayonun əksər kəndlərində tibb məntəqələri var. Ama nə fayda.

Heç biri işləmir.Ama bu tibb məntəqələrinə ən azı 2-3 nəfər işçi qeydiyyata almışdır. Şəkər xəstələrinin və bu tipli bütün xəstələrin pulsuz almalı olduğu dərmanları Elşən pulla satır, pul verməyəni isə get-gələ salır. İstifadəyə yararsız avtomobillərə yol vərəqəsi yazaraq yanacaq pulu ayırtdırır. Ama həmin pul Elşənin cibinə gedir. Çünki istifadəyə yararsız avtomobillərin yalnız quru raması və ya kuzası var.

Nəzərinizə çatdırım ki, 02.09.2014 tarixində axşam saatlarında Elşənin yaxın koməkçisi və eyni zamanda qohumu olan Namiq adli şexs , Elşənin tapşırıgına əsasən “levıy” kartlardan bankomat vasitəsilə pul çıxardarkən hüqüq – mühafize orqanları tərəfindən yaxalanaraq həbs olunmuşdur. Sonradan isə, rayonda gəzən şaiyələrə inansaq, icra başçısının sayəsində hər ikisi sərbəst buraxılmışdır.

Bu arada atalar sözü yadıma düşdü : od olmasa,tüstü olmaz.Maraqlısı odur ki, digər şaiyələrə əsasən Elşən rayonda dörd nəfərlə ittifaq yaradaraq icra başçısının işdən azad olunması üçün əlindən gələni etməyə hazırlaşdıgı vaxtda bundan xəbər tutan icra başçısı onları yerindəcə oturtmağa nail olmuşdur. Xatırladım ki, Elşən qumar aludəçisidir. Bütün bu məlumatlar barəsinde rayon sakinləri tərəfindən Səhiyyə Nazirliyinə və digər Nazirliklərədə məlumat verilmişdir.