Qoyunlar futbol oynadı (VİDEO)

Kolumbiyada 2014-cü il dünya çempionatının startından əvvəl qeyri-adi matç keçirilib.

XALQ.AZ-ın məlumatına görə, bu dəfə meydana qoyunlar çıxıb.

Kolumbiyanın Nobsa şəhərində qoyunlar arasında Kolumbiya və Braziliya yığmalarının görüşü keçirilib.

Təşkilatçılar bununla 16 illik fasilədən sonra dünya çempionatına öz ölkəsinin qayıdışını bayram etməyə çalışıb. Görüşdə Kolumbiya qoyunları 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “futbolçular” milli komandalarının futbol formalarında meydana çıxıb.

Xatırladaq ki, dünya çempionatında Braziliya A qrupunda Xorvatiyaya, Kameruna və Meksikaya qarşı oynayacaq. Kolumbiya – C qrupunda Yunanıstan, Yaponiya və Kot-d’İvuarla qarşılaşacaq.