Qubada yaşlı kişi özünü asdı

Asdi

Ötən gün Quba rayonunda intihar olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zizik kənd sakini 1940-cı il təvəllüdlü Veysəl Balay oğlu Səfərov özünü öldürüb. Hadisə onun yaşadığı bağ sahəsində baş verib.

Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.