Bakıda qaynata kürəkənini vəhşicəsinə öldürdü

333

Ötən gecə Bakının Nizami rayonunda qaynata kürəkənini xüsusi amansızlıqla öldürüb.

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, Qara Qarayev prospektində yerləşən kafelərdən birində Elçin Nurəddin oğlu Lazımov kürəkəni Rəvan Arif oğlu Əliyevə 20-yə yaxın bıçaq zərbəsi vurub.

Hadisə qaynata ilə kürəkənin arasında mübahisədən sonra baş verib. Deyilənlərə görə kişi kürəkənini hansısa səbəbdən danlayırmış.

Kürəkənini öldürən Elçin Lazımov polis tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.