Qubanın yeni icra başçısı – DOSYE

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb.

İlqar Mahmudov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib.

Daha əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, iyul ayında Prezident Ziyəddin Əliyevi Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.