Qurd “yağışı” – VİDEO

Hindistanın Nepalla sərhədindəki Bihar əyalətində baş verən hadisə hər kəsi təəccübləndirib.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanda baş verən hadisədə göydən qurdlar yağdığı görülüb. Həmin anlar qısa zamanda günə damğasını vurub.

Görüntülərdə göydən qurdlar yağdığını iddia edən insanlar böyük çaxnaşma yaşayıb.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, səlahiyyətlilər “çətirdən istifadə edin” deyərək ictimaiyyətə xəbərdarlıq edib.

Həmin videonu təqdim edirik: