Qürur duyulası hal və ali ədalətin təntənəsi.

 

İllərdir davam edən bir davamız var idi. O dava ki ədalətsizliyin, haqsızlığın nümunəsi idi. Dinc əhalimin amansızca qətlə yetirildiyi, xalqımın öz torpaqlarından didərgin salındığı bir dava..
O dava ki illərdir ürəyimizdə yara idi.
İllərin yığılmışlığı, edilən haqsızlıqlar artıq son nöqtə idi. Səbr kasamız artıq daşmışdı. Ali baş komandan öz müdrikliyini göstərərək sülh yolu ilə həll olmasını istəyirdi, çünki insanların dahada zərər görməsinin tərəfdarı deyildi. Amma onlar torpaqlarımızı onlara “bağışladığımızı” düşünrdülər, onsuzda alan deyillər hissinə qapılmışdılar. Hər səbrin bir sonu var. Kiçik bir səhvləri lazım idi bizə ki, hərəkətə keçək.
Elədə oldu..
Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb onu diz çökdürdü. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı, xalq olaraq qürurumuzu, vüqarımızı, inamımızı özümüzə qaytardı. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Əslində bu 44 günün hər günü bir tarixdir.
Təbii ki,tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Bütün dövlətlərin hərb tarixi müharibələr, dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Xüsusilə də, müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub. Bu qürur duyulası hal və ali ədalətin təntənəsidir. Qarabağ Azərbaycandır!

Orucova Fatimə / ADU