Suveren ərazi bütövlüyümüz bərpa edildi.

 

Vətən müharibəsi zamanı əldə edilən hərbi-siyasi qələbəmiz otuz illik işğala son qoydu. Torpaqlarımız düşmən tapdağından azad olunmaqla ərazi bütövlüyümüz bərpa edildi. Bu elədə asan olmadı bəli. Neçə – neçə igidlərimiz şəhid oldu, dinc əhali qətlə yetirildi. Amma sonunda torpaqlarımıza qovuşmaq bizlərin ürəyinə su sərpdi. 44 gün davam edən müharibədə işğalda olan torpaqlarımız azad edildi. Artıq bunun sonu olmadığını görən məğlun erməni ordusu saziş imzalamağa məcbur qaldı.
2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu.
Son zamanlarda olan hadisələrə də nəzər salsaq , bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur.
23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik.
Axır ki, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.

Nəsimi rayon sakini
Orucova Fatimə