“Rəmiş danışdığı sözlərin mahiyyətinə diqqət etmir”

Reqsane

“Rəmiş gözəl sənətkardır, ona böyük hörmətim var. Lakin danışdığı sözlərin mahiyyətinə diqqət etmir. Məni bir müğənnı kimi sevməyə bilər, ancaq bu ona ixtiyar vermir ki, məni təhqir etsin. Mənim üçün onun xoşuna gəlmək vacib deyil”.

Xalq.az xəbər verir ki, bu sözləri Rövşanə Bektaşinin “Bazar səhəri” verlişində qonaq olan Rəqsanə Rəmişin onun haqqında söylədiyi fikirlərə iradını bildirərkən deyib.

Qeyd edək ki, gitara ifaçısı Rəmiş mediaya açıqlamasında Rəqsanədən zəhləsi getdiyini söyləyib.