Rəqsanə xlor içdi

Reqsane

Zaqatalada rayonunda yaşayan 22 yaşlı Rəqsanə Əliyeva xloru meyvə şirəsi ilə səhv salıb içib.

ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında rayonun Əliabad kənd sakini 1992-ci il təvəllüdlü Əliyeva Rəqsanə Əziz qızı zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstənin yaxınları həkimlərlə söhbətlərində, onun imyəvi maddə olan xloru meyvə şirəsi bilərək içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəqsanə Əliyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Xəstə artıq evə buraxılıb.