Balaca Ayan hovuzda boğuldu

Hovuz

Maştağa qəsəbəsi “Vişnyovka” kimi tanınan Albalı kəndində uşaq hovuzda boğulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər rayonu Albalılıq yaşayış sahəsində azyaşlı Ayan İbadova hovuza düşərək suda boğulub.

Hadisə mayın 20-də baş verib. Balaca qız yaşadıqları evin həyətindəki hovuzda boğulub.

Faktla bağlı cinayət işi açılıb.