Rəşad Məcid təltif olundu

“Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildim”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzeti”in baş redaktoru Rəşad Məcid bildirib.

“Yubiley medalı bu gün, martın 28-də Media Agentliyində təltif edilən həmkarlarımla birlikdə mənə də təqdim olundu”, – deyən R.Məcid təqdimat mərasimindən şəkil paylaşıb.

O, ölkə başçısına bu təltifə görə təşəkkür edib:

“Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.