Rəşad Mahmudov elmi konfransda çıxış etdi

“Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu”nun və “Azərbaycan Kardiologiya Cəmiyyəti”nin birqə təşkilatçılığı ilə “Kardiologiyanın Aktual Problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov konfransda həm məruzəçi kimi, həm də açılışda çıxış etmişdir.

Açılış hissəsində İnstitutunun Rektoru Nazim Qasımov, Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri Ülvi Mirzoyev, İnstitutunun Kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov çıxış edərək, ölkəmizdə həyata keçirilən səhiyyə islahatları və onun nəticələrindən, kardioloqiyanın müasir vəziyyətindən söz açmışlar. Türkiyə və Rusiyadan dəvət olunan elm adamlarının iştirak etdiyi elmi konfrans maraqlı müzakirələr və elmi mübahisələrlə yadda qaldı.