Rəşad Mahmudov şəhid ailələri ilə görüşdü-Fotolar

Bu gün Astara rayonunun bir qrup ziyalıları və yerli sakinlərlə birlikdə həm birinci Qarabağ, həm də 44 günlük zəfər müharibəsinin ümumilikdə 17 şəhidinin xatirəsinə inşa edilən Səncərədi kənd Şəhidlər bağını ziyarət etdik, ruhlarına dualar oxundu və xatirələrini yad edib əklil qoyduq.

Bunu Milli Məclisin deputatı Rəşad Mahmudov sosial hesabında yazıb. Deputat qeyd edib ki, ziyarət zamanı hər bir şəhidimizin haqqında xatirələr söyləndi və döyüş yollarındakı qəhrəmanlıqlarından danışıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə müxtəlif medallarla təltif edilən şəhidlərimizin ailə üzvləri bundan qürur duyduqlarını bildirdilər. Bildirildi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib.Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər deyə millət vəkili qeyd edib.