Rəşad Mahmudov seçicilərin probləmlərini həll etdi

Bu gün Milli Məclisin deputatı Rəşad Mahmudov Şüvi İnzibati Ərazi Dairəsinə daxil olan Deqədi kəndində seçiciləri ilə səyyari görüş keçirmişdir.

XALQ.AZ xəbər verir ki, görüşdə Astara Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanasının, Rayon Məşğulluq Mərkəzinin, Rayon Qaz İstismar Sahəsinin, Rayon Su-Kanal İdarəsinin, Rayon Təhsil Şöbəsinin, Rayon Elektrikşəbəkəsinin rəsmiləri və kənd sakinləri iştirak edirdilər. Görüşdə kənd sakinləri onları narahat edən müxtəlif problemlərdən söz açdılar. Belə ki, Deqədi-Şüvi kəndlərini birləşdirən yolun asvaltlanmasını, Deqədi kəndində elektrik transformatorunun quraşdırılmasını, Deqədi su anbarının bərpa edilməsini, Deqədi kəndində tibb personalı ilə təmin edilməsini xahiş etdilər. Aidiyyatı üzrə təşkilat rəhbərləri sözügedən problemlərin bir neçəsinin yaxın zamanlarda həllini tapacağını bildirdilər. Yaxın aylarda kəndin tam olaraq təbii qazla təmin ediləcəyi xəbəri sakinləri çox sevindirdi. Sonda kənd sakinləri ölkə rəhbəri cənab İlham Əliyev başda olmaqla zəhməti keçən hər kəsə öz dərin minnətdarlığını bildirdilər.

Возможно, это изображение (3 человека, люди стоят, на открытом воздухе и дерево)
Возможно, это изображение (5 человек, люди стоят, на открытом воздухе и дерево)
Возможно, это изображение (14 человек, люди сидят, люди стоят, дерево и на открытом воздухе)
Возможно, это изображение (8 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (8 человек, люди сидят, люди стоят, на открытом воздухе и дерево)
Возможно, это изображение (3 человека, люди стоят, дерево и на открытом воздухе)