Şəhid ailəsinə hərbi təltiflər təqdim edilib

XALQ.AZ xəbəb verir ki,bu gün Vətən müharibəsinin şəhidi Həmidağa Hüseynzadənin ailə üzvlərinə “Vətən uğrunda” medalı və “Qarabağ” ordeni təqdim edilib

Təqdimetmə mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi, general-mayor Azad Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digər şəxslər iştirak ediblər.Hərbi təltifləri şəhidin valideynlərinə təqdim edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Vətən müharibəsinin şəhidləri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıblar və Azərbaycan xalqı daima onları xatırlayacaq. Elşad Həsənov Qarabağda 30 ilə yaxın davam edən erməni işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun son qoyduğunu bildirdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı söhbət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlandı və onlara hər zaman dəstək olacaqlarını qeyd etdi.Öz növbəsində şəhid valideynləri onlara göstərilən diqqətə və verilən yüksək dəyərə görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)
Возможно, это изображение (6 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (1 человек и стоит)
Возможно, это изображение (4 человека и люди стоят)
Возможно, это изображение (9 человек, люди стоят и военная форма)