Rabitə sahəsində çalışan işçilərin sosial müdafiəsi gücləndirilir

06

 

Son on ildə ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması üçün zəruri tədbirlər görülür.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu dövrdə informasiya və rabitə sektorunda çalışanların orta aylıq əmək haqları 5,4 dəfə artırılaraq, 670 manata çatdırılmışdır. Bu, respublika üzrə orta aylıq əmək haqqından 1,6 dəfə yüksəkdir. Hazırda telekommunikasiya sektorunda özəl sahə üzrə orta aylıq əməkhaqqı 1421 manatdır.
Eyni zamanda, RİTN-in strukturuna daxil olmayan qurumlarda çalışan işçilərin orta aylıq əmək haqları son 5 ildə orta hesabla 50 faiz artırılaraq, 233 manatdan 346 manata çatdırılmışdır. Bu rəqəm telekommunikasiya sektorunda 306,6 manatdan 416,3 manata, poçt sahəsində isə 106,9 manatdan 202,2 manata yüksəlmişdir.