Rabitə və informasiya texnologiyaları sektorunda 161 yeni iş yeri açılmışdır

 

01

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) üzrə ötən doqquz ayda 161 yeni iş yeri açılmışdır.
Nazirlikdən Xalqaz-a verilən məlumata görə, ölkənin informasiya texnologiyaları və rabitə sektorunda orta aylıq əməkhaqqı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,8 faiz artırılaraq 669,6 manata çatdırılmışdır. Telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 771,8 manat, poçt sektorunda isə 218 manat təşkil etmişdir.
RİTN-in birlik və müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 348, 4 manat olmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.