Rafiq Əliyev vəfat etdi

Xalq artisti Rafiq Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Aktyorun Maştağadakı qəbiristanlıqda anasının yanında dəfn ediləcəyi bildirilib.

Qeyd edək ki, Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1970-1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsində təhsil alıb. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1990-cı ildə əməkdar artist, 2007-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.