Rahat yaşamaq üçün bütün infrastruktur, şərait var.

Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə,hər şey gözlənilib.
İkinci Qarabağ müharibəsində müzəffər ordumuzun şücaəti nəticəsində azad edilmiş torpaqlarımızda infrastruktur layihələrin həyata keçirilməsi davam edir. Həmin ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, əhalinin rahat yaşayışı üçün strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Torpaqlarımızda artıq böyük inkişafın təməlləri atılmışdır. Ölkəmiz günü-gündən inkişaf edir, yenidənqurma və abadlıq işləri mütəmadi olaraq aparılır.
İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Müharibə aparmaq və qalib gəlmək böyük iqtisadi güc tələb edir. Eyni zamanda, müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlanması isə bunun canlı sübutudur.
Prezident cənab İlham Əliyevin dediyi kimi bu gün işağaldan azad olunan ərazilərdə tikinti-quruculuq və bərpa işlərini Azərbaycan dövləti təkbaşına icra etməkdədir və Azərbaycanın qüdrətli dövlət olmasına bariz nümunədir. Müzəffər ordumuzun ali baş komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi kursu sayəsində Azərbaycan regionda mühüm nüfuz sahibi olan bir ölkəyə çevrilmişdir. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan vermişdir ki, hazırda həmin ərazilərə mütəmadi olaraq əhali köçürülür və onların daimi yaşayışı təmin edilir.
Hənifə Mahmudova Mahmud qızı, Azərbaycan Dövlət Pedaqoji Universiteti