Ramil Həsən seçicilərin probləmlərini həll etdi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 07 iyul 2021-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilər və sakinlər ilə növbəti görüşü baş tutub.

Görüşdə iştirak edən onlarla Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması məsələsi müzakirə olunub, həmçinin görüşdə iştirak etmiş seçicilərin bir qisimi də həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

XALQ.AZ xəbər verir ki,qaldırılan məsələlərin içərisində ən çox şikayətlər yenə də Səhiyyə sahəsində əlillik dərəcələrinin alınması, sosial problemlərin həlli, susuzluq kimi və asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub. Bununla bağlı məsələ Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələblərinin və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı qərar qəbul edilib.

Возможно, это изображение (1 человек, сидит, стоит и в помещении)
Возможно, это изображение (1 человек, сидит и в помещении)
Возможно, это изображение (2 человека, люди сидят и в помещении)
Возможно, это изображение (1 человек, сидит и в помещении)
Возможно, это изображение (2 человека, люди стоят и в помещении)
Возможно, это изображение (1 человек, стоит и в помещении)

XALQ.AZ