Deputat Ramil Həsən Ucarda

XALQ.AZ xəbər verir ki, səfər çərçivəsində millət vəkili öncə Ümümmilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoyub. 

Daha sonra Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, dualar oxunub.

Deputat Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva və partiya fəalları ilə bir araya gəlib, qarşıdan gələn Qurban bayramı münasibətilə onları təbrik edib, gələcəkdə həyata keçiriləcək işlər və fəaliyyətlə  bağlı fikir mübadiləsi aparıb.

Ramil Həsənin Ucar rayonundakı görüşləri 7-8 iyul tarixlərində iki gün ərzində davam edəcək.

Deputat öncə pandemiya tələblərinə uyğun olaraq Ucar rayon Heydər Əliyev Mərkəzində  seçiciləri ilə bir araya gəlib onların təklifləri, tələbləri və şikayətləri ilə bağlı dinləmələri həyata keçirəcək. Daha sonra Ucar rayonunun kəndlərində səyyar görüşləri çərçivəsində Alpout kənd 1 saylı orta məktəbinin bağında Alpout, Qarabörk, Qaradağlı və Çiyni kəndlərinin vətəndaşları ilə görüşlər keçiriləcək.

8 iyul tarixində isə Ucar rayon Gənclər Evində açıq havada təhsil işçiləri və gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ucar rayonundan Milli Məclisə deputat seçilmiş Ramil Həsən hər ay mütəmadi olaraq seçicilərlə bir araya gəlir, onların tələbləri, təklifləri və eyni zamanda qarşılaşmış olduqları problemlərlə bağlı dinləmələr həyata keçirir və qanunvericiliyə uyğun formada əhalinin haqlı tələblərinin yerindəcə həll olunması, müvafiq qurum və strukturlara çatdırılması ilə bağlı aktiv şəkildə fəaliyyət göstərir.