Ramiz Mehdiyev maral buynuzu müalicəsindən necə və harada istifadə edib? – Araşadırma- Video

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin özünü maraqlı üsulla müalicə etdirdiyi məlum olub.

XALQ.AZ xəbər verir ki, vaxtı ilə sözü hər yerdə keçən məmurun harda və necə müalicəsi maraqlı və çox bahalı üsulla aparılıb.

AMEA rəhbəri hər il yaz aylarında qanını təmizlədir. Belə ki, R.Mehdiyevin qan dövranını yaxşılaşdırmaq və hüceyrələri aktivləşdirmək üçün ona qan köçürülür.

Məsələni daha geniş araşdırmağa çalışdıq. Ramiz Mehdiyev himayədarlıq etdiyi və onun patronajlığı altında fəaliyyət göstərən Cənnət bağı” Şirkətlər Qrupunun və “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus Xızıda yerləşən Cənnət Bağı Altıağac İstirahət Mərkəzinin bazasında fəaliyyət göstərən “Altay Maralı” sağlamlıq mərkəzində müalicə alıb. Müalicə kursunun qiyməti 12 min manatdır və xüsusi rejimdə müalicəvi prosedurlar həyata keçirənlər yüksək təlimlərdən sertifikatlar almış mütəxəssislərdir.

Görüntünün olası içeriği: gökyüzü, ağaç, ev, bulut, açık hava ve doğa

Bu müalicə nəyə xeyirlidir?

Qədim təbabət növü hesab olunan pant vannası sümük və oynaq ağrılarını aradan qaldırır, ürək-qan damar fəaliyyətini yaxşılaşdırır, prostatiti, kişi sosuzluğunu və cinsi zəifliyi aradan qaldırır. Maralların buynuzu yaz aylarında, aprel-may aylarında maral buynuzunu atır. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10 prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində 23 amin turşusu var. Ənənəvi Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyinin artırılması, müqavimətin gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində faydalıdır.

Görüntünün olası içeriği: ağaç, bitki, gökyüzü, çim, açık hava ve doğa

Görüntünün olası içeriği: iç mekan

Qeyd edək ki, Altay vannasının 6 aydan bir, ildə 2 dəfə qəbul etmək olar. Qiymətlərə gəlincə 1 günü 140 manat olmaqla, tam müalicə kursu 1400 manata gəlir.

Fotoğraf açıklaması yok.
Görüntünün olası içeriği: 3 kişi
Fotoğraf açıklaması yok.

"ApaTV"nin hazırladığı Altai Maral Sağlamlıq Mərkəzi və Altay təbabəti haqqında süjeti sizə təqdim edirik☎️+99412 404 16 1?+99450 203 44 11?www.altaimaral.az#AltaiMaral #AltaiMaralHealthCenter #AltaiMaralBioProduct

Gepostet von AltaiMaral BioProducts am Donnerstag, 10. November 2016

XALQ.AZ