Ramiz Mehdiyev yeni naziri təqdim etdi

 

04

 

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri nazirliyin kollektivinə təqdim olunmuşdur

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təyin olunmuş kənd təsərrüfatı naziri Heydər Əsədovu nazirliyin kollektivinə təqdim etmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Xalq.az AzərTAc-aistinadən xəbər verir ki, Ramiz Mehdiyev Heydər Əsədovun nazir təyin olunması haqda Prezidentin Sərəncamını oxumuş, ona işlərində uğurlar arzulamışdır.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev İsmət Abasovun işlədiyi müddətdə görülmüş işləri təqdirəlayiq hesab edərək, aqrar sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri bir daha diqqətə çatdırmış, öz məsləhət və tövsiyələrini vermişdir.
Təqdimat mərasimində İsmət Abasov çıxış edərək işlədiyi müddətdə Prezident İlham Əliyevin tapşırıqlarını yüksək məsuliyyətlə yerinə yetirdiyini, dövlətimizin başçısının ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələrin bundan sonra da layiqincə yerinə yetirəcəyini və ona yenidən etimad göstərilərək Baş nazirin müavini vəzifəsinə təyin edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək dövlətimizin başçısının ona göstərdiyi etimada görə təşəkkürünü bildirmiş, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd etmişdir.