Rekord müqavilə – 1,05 milyard avro

İngiltərənin “Mançester Yunayted” futbol klubu Almaniyanın “Adidas” transmilli şirkəti ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Daily Mail”in məlumatına görə, sövdələşmənin dəyəri 900 milyon funt-sterlinqdir (1,05 milyard avrodan çox). “Mançester Yunayted”in idman geyimi, ayaqqabı və aksesuar şirkəti ilə yeni müqaviləsi 10 il müddətinə imzalanıb.
Bu müqavilə İngiltərə Premyer Liqasının klubları üçün rekorddur. “Qırmızı şeytanlar” 2015/16 mövsümünün əvvəlində “Adidas” ilə müqaviləsi imzalayıb və 23 ildən sonra yenidən bir araya gəlib.