Röya: “5 ildən sonra onunla evlənməsi haqda danışacam”

“Yaxşı ki, qardaşım İsmayılın təhsil aldığı universitetdən sevdiyi qız vardı. Biz onları nişanladıq. İsmayıl toya bir ay qalmış zəng vurub mənə deyir ki, bəlkə, toyu biraz uzadaq. Gördüm ki, həyəcandan artıq evlənmək istəmir. Yaşı da 32-dir. Qızın da ailəsi gedir-gəlir soruşur ki, səkkiz il nişanlı qalmaq olar? İsmayılın əkiz qardaşının da 33 yaşı olacaq. Ona heç bir qızı bəyəndirmək olmur. Deyir ki, anamla yaşayıram”. 

Bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, oğlu Hüseyni 20 yaşında evləndirəcək: “Düşünürəm ki, oğlum Hüseyni 20 yaşında evləndirəcəm. Onu dəbli, gözəl, yeyib-içən, dilləri bilən qızla evləndirəcəm. Deyingən qız istəmirəm. Onların özlərinin işçiləri olacaq. Hüseyni xaricdə oxutmuşam, istəyirəm ki, ona uyğun bir qızla onu evləndirim. Sakit qız istəmirəm.

Hüseynin yaşı 30-u keçərsə onu sakit qızla evləndirə bilərəm. Çünki onun başı artıq səs götürməyəcək. Yaşı keçəcək və heç kimlə yola getməyəcək. Amma cavan oğlanların həyat yoldaşları enerjili olmalıdır. İstəyirəm ki, Hüseyn 20 yaşında evlənsin və çoxlu nəvələrim olsun. O mənim tək uşağımdır. Mən öləndən sonra bəs, bu qədər pul, vəsait kimə qalacaq? İstəyirəm ki, onlara qalsın”.

Röya vurğulayıb ki, övladı azərbaycanlı ilə deyil, xarici qızla evlənmək istəyir: “Oğlumun 15 yaşı var. 5 ildən sonra onunla evlənməsi haqda danışacam. Deyirdim ki, əgər oğlum yaşca böyük olsaydı, Mələkxanım Eyubovanın qızı Nəzrini alardım. Çox gözəl qızdır. Bizim çox gözəl nəvələrimiz olardı (gülür). Müğənni, rejissor olsun heç fərqi yoxdur. Onu elə xoşbəxt gəlin edərəm ki, o müğənniliyi atar.

Düşünürəm ki, əgər oğlum müğənni ilə ailə qursa, o, qara dərili qız olacaq. Çünki Hüseyn azərbaycanlı ilə deyil xarici qızla evlənmək istəyir. Onun sevdiyi xanımlar isə braziliyalı və ya ukraynalılardır. Bir ana kimi düşünürəm ki, övladı cavan vaxtı evləndirmək lazımdır. Çünki zaman keçdikcə onları evləndirmək olmur”.

 

 

bizim.media