Rafiq Behbudov işdən çıxarıldı – YENİ TƏYİNAT

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin baş direktoru işdən çıxarılıb.

Müvafiq əmrlə adıçəkilən kompleksin baş direktoru Rafiq Behbudov və baş mühəndisi Elxan Abbasov tutduqları vəzifələrindən azad ediliblər. Digər əmrlə Natiq İbrahimov İdman-Konsert Kompleksinin baş direktoru təyin edilib.

Bildirək ki, işdən çıxarılan Rafiq Behbudov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədovanın həyat yoldaşıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birləşib. İttifaqlar birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adı altında fəaliyyət göstərəcəyi Şəfiqə Məmmədovanın yola salınaraq İttifaqa yeni sədr seçkilərinin keçiriləcəyi bildirilib.