Röya: “Mən sənsiz” (AUDİO)

Hər yeni mahnısı hitə çevrilən müğənni Röya Ayxan “Mən sənsiz” adlı yeni mahnısını pərəstişkarlarının ixtiyarına buraxıb.

XALQ.AZ-ın məlumatına görə, ifaçı sözləri Azər Şirinə, musiqisi Pərviz Mahmudova aid olan mahnıya sənətçi Türkiyədə klip çəkdirib. Türkiyə ilə yanaşı Azərbaycanda da sevilən “Muhteşem yüzyıl” serialının çəkildiyi məkanda lentə alınan ekran işinin rejissoru Müjdat Kupşidir. Ötən gün “YouTube” video paylaşım kanalına yüklənən audio artıq yüzlərlə insan tərəfindən dinlənilib və bəyənilib.

Bir müddət öncə Röya Ayxan çəkilişdən olan bir neçə fotoları sosial şəbəkədə paylaşmışdı. Qeyd edək ki, sənətçi sözügedən mahnıya çəkdirdiyi klipi yaxın günlərdə təqdim edəcəyini bildirib.