Röyanın konsertində terror – Səhnəyə çıxmamış atışma olub-Video
Moskvada “Crocus City Hall” ticarət mərkəzində çoxsaylı insan itkisi ilə nəticələnən silahlı insident baş verib.
Xalq.az-ın məlumatına görə, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da bu gün konserti planlaşdırılan Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış.
Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.
Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.