Rüfət Quliyev seçiciləri ilə növbəti izdihamlı görüş keçirib

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Quliyev Lənkəran Mədəniyyət Evində seçiciləri ilə növbəti görüşünü keçirib.

XALQ.AZ xəbər verir ki, görüşdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər. Bu görüşə əsasən namizədin dairəsinə düşən 5 kəndin seçiciləri dəvət olunub. Məlumat üçün bildirək ki, görüşdə 700 yaxın seçici iştirak edib. Görüş zamanı Rüfət Quliyev bu günə kimi gördüyü və görəcəyi işlər barədə geniş məlumat verib. R.Quliyev seçicilərə məlumat verdikdən sonra görüş debat şəklində davam edib.

Lənkəran Mədəniyyət Evində baş tutan görüş zamanı Rüfət Quliyev seçicilərin suallarını cavablandırıb və onlara ətraflı məlumat verib. Seçicilər Rüfət Quliyevin fəaliyyətindən razı olduqlarını bildirib və 9 fevralda keçiriləcək seçkilərdə ona yenidən səs verəcəklərini qeyd ediblər.

XALQ.AZ