Rusiya Nüvə Qüvvələri hərbi təlim keçirir

Rusiya ordusunun Strateji və taktiki raket-nüvə silahlı qüvvələri (Nüvə Qüvvələri) Moskva vilayətindən şimal-şərqdə yerləşən İvanov vilayətində hərbi təlim keçirir.

Xalq.az  xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlimdə mindən çox hərbçi yüzdən artıq texnikadan, o cümlədən “Yars” adlı qitələrarası ballistik raketdən istifadə edərək intensiv manevrlər həyata keçirir.