Rusiyada azərbaycanlılar üçün yeni bazar açıldı

Bazar

Rusiyada azərbaycanlıların alver etmələri üçün yeni bazar istifadəyə verilib.

Xalq.az-ın məlumatına görə, bu barədə Rusiyada yaşayan iş adamı məlumat verib. O qeyd edib ki, Domodedova şəhərində “Domodedovski” adlanan bazar ötən gün fəaliyyətə başlayıb. Bazarda azərbaycanlıların ticarətlə məşğul olmaları üçün hər bir şərait yaradılıb.

Bazarda yerləşən obyektlərin 90%-i azərbaycanlıların istifadəsinə verilib.

Qeyd edək ki, Moskvanın Qərbi Brulyevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasından çıxarılan azərbaycanlıların əksəriyyəti bu bazarda işləməyə başlayıb.