NATO Rusiyanı ifşa etdi

79

 

Xalq.az AzVizion.az-a istinadən xəbər verir ki, NATO növbəti dəfə rus hərbi texnikasının
Ukrayna sərhədlərində yerləşdirildiyini sübut edən fotolar yayıb.
Bir neçə saat əvvəl Avropada NATO birləşmiş silahlı qüvvələrinin baş komandanı “rus qonşularının Ukrayna yaxınlığındakı fotolarını” yayıb. Fotolar ABŞ peyklərindən çəkilib. Alyansdan bildirirlər ki, Rusiya Ukrayna ilə sərhədə 35-40 minə yaxın döyüşçü yığıb.
Rusiya baş qərargahından isə fotoların köhnə olduğunu və 2013 ilin avqustunda çəkildiyini iddia edir.
Xatırladaq ki, bir müddət əvvəl də internetdə ABŞ peyklərindən çəkilən analoji fotolar yayılmışdı. NATO həmin fotoların 2013-cü ilin 25 oktyabrında, 2014-cü ilin martın 23-də və aprelin 2-də çəkildiyini bildirmişdi. Alyans budəfəki fotoların yeni olduğunu iddia edir.

 

59