Rza Zərrab təhdid etdi

 

57

 

Türkiyədə ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideriKemal Kılıçdaroğlu bu gün səhər saatlarında kimsənin gözləmədiyi açıqlama ilə çıxış edib.

Ötən ilin dekabrın 17-də həbs olunan azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrab barədə danışarkən K.Kılıçdaroğlu deyib: “Orada, həbsxanada saxlanan İran əsilli Rza Zərrab var. Ona deyirlər ki, “səni buraxacağıq, sən danışma”. Çünki Rza Zərrab “Məni burada saxlasanız, danışacağam, bildiklərimi deyəcəyəm”, – söyləyib.

Rza Zərrab xəbər yollayıb. Dediyinə görə, onun danışmasını istəmirlər. Rza Zərrabı bir müddət sonra buraxacaqlar. Hələlik onun əmlakına qoyulmuş həbs və müsadirə qərarları ləğv olunur”.