Şəmkirdə əmək yarmarkası keçirilib

XALQ.AZ xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzinin birgə təşkil etdiyi növbəti əmək yarmarkası keçirilib.

Yarmarkaya rayonun 20 müəssisə və təşkilatından 350 vakant iş yeri çıxarılıb.

Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib və vakant verilmiş iş yerləri ilə yaxından maraqlanıb.
Alimpaşa Məmmədov rayonda əməktutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını bildirib.

Əmək yarmarkasına çıxarılan boş iş yerləri üçün minimum əməkhaqqı 150 manat, maksimum əməkhaqqı isə 1007 manat təşkil edib.

Yarmarkada 98 nəfərə müvafiq iş yerlərinə göndəriş verilib, 21 nəfər isə peşə hazırlığı kurslarına, 12 nəfər isə haqqı ödəniləcək ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb

QEYD: MARAQLANANLAR VAKANT YERLƏR ÜÇÜN ŞƏMKİR RAYON MƏŞĞULLUQ MƏRKƏZİNƏ MÜRACİƏT EDƏ BİLƏRLƏR.

https://www.youtube.com/watch?v=j0m3BXRx7OY

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.