“Səbail”in müdafiə xəttinə yeni futbolçu cəlb edildi

Premyer Liqaya hazırlığını davam etdirən “Səbail” heyətini daha bir oyunçu ilə gücləndirib. Qəsəbə təmsilçisi müdafiə xəttinə yeni futbolçu cəlb edib.

31 yaşlı bosniya və herseqovnalı Adi Mehremiçin bakılılara transferi artıq rəsmiləşib. O, yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Adi Mehremiç son mövsümü Türkiyə Superliqası təmsilçisi “İstanbulspor”da keçirib.