Səddam Hüseynin qızı haqqında şok iddia

Iraq

İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raghadın İŞİD-ə maliyyə yardımı göstərdiyi üzə çıxıb.

XALQ.AZ-ın məlumatına görə, alman jurnalı “Der Spiegel” Raghadın İŞİD-in əsas maliyyə mənbəyi olduğunu iddia edib.

Jurnalda dərc olunan xəbərdə qeyd olunub ki, Ürdün vilayətində lüks bir həyat sürən xanım Hüseyn milyon dollarlıq sərvətə malikdir.

Sərvətin bir hissəsinin İŞİD-ə verildiyi bildirilib. Raghadın atasının intiqamını aldıqdan sonra iqtidara keçəcəyi də qeyd edilib.