Sədr Qubada qəbul keçirəcək

 

mubariz qurbanli

Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanl i 16 sentyabr 2014-cü il tarixində, saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün açıq qəbul keçirəcəkdir. Qəbulda Quba ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Eynulla Nurullayev

Tel: (023) 33 5-22-70
e-mail:info@scwra.gov.az