Toylarla bağlı qərar

 

33

Restoranlara tapşırıq verilib…

Hökumətin yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı başladığı proses toylara da şamil olunacaq.

XALQ.AZ xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, şadlıq saraylarına mühüm təlimat verilib.

Xəbərdə deyilir ki, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək.

Belə ki, süfrəyə qoyulan nemətlərin çeşidi azaldılacaq, qiymətlər isə ucuzlaşacaq. Restoranlara tapşırıq verilib ki, menyu 15-25 manat civarında olmalıdır.

Məlumatda bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacaqları xəbərdarlığı edilib.