Halal sertifikatı satışa çıxarıldı?

76

 

 

İddialara görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələdə bazar açıb

Azərbaycanda xeyli müddətdir məhsullara “halal” sertifikatın verilməsi məsələsi ilə bağlı mübahisələr davam edir. İndiyə qədər halal kolbasa və sosiska satdıqlarını bəyan edən şirkətlərin məhsullarının hansı kriteriyaya əsasən belə sertifikata layiq görülməsi də mübahisəli olaraq qalıb.

Məlumatlara görə, əslində, əvvəllər QMİ-nin nəzarətində olan bu məsələ, artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inhisarına keçib. İddia edilir ki, halal sertifikarı bazarı açan komitə xüsusi qiymət də müəyyənləşdirib. Məlumatda deyilir ki, Dövlət Komitəsində bi işə nəzarət edən qurum müraciət edən şirkətdən sertifikat müqabilində 300 min manat tələb edir. Bu pulu verən şirkətlərin sayı çox olmasa da, digərlər də eyni addımı atmaq üçün özlərini toparlayırlar.

Məlumatda vurğulanır ki, bu yaxnlarda kolbasa-sosiaka istehsalı ilə məşğul olan məşhur şirkətlərdən biri qeyd olunan məbləği ödəyib. Həmin şirkətin adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda qeyd olunan qurumun da mövqeyini dərc etməyə hazırıq. Jam.az